Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Araşdırma > İlhamənin oğlu ilə bağlı araşdırma davam edir

İlhamənin oğlu ilə bağlı araşdırma davam edir


23-02-2016, 15:02. Yazar: Xeberaz
İlhamənin oğlu ilə bağlı araşdırma davam edir

Müğənni İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində baş müstəntiq Mehman Ələsgərov tərəfindən araşdırılır.

"Xəbəraz.az " musavat.com-a istinadən xəbər verir ki, ona dələduzluq faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başladılıb.

O, 2 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. O.Nadirovla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, onun dostu Vüqar Bəkirov artıq təqsirləndirilən şəxs qismində həbs olunub.
Geri dön