Ana Sayfa > Karusel / Gündəm / M2 > Sabah yağış yağacaq

Sabah yağış yağacaq


23-02-2016, 14:34. Yazar: Xeberaz
Sabah yağış yağacaq


Bakıda və Abşeron yarımadasında fevralın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah bəzi yerlərdə yağış yağacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntıda qısa fasilə yaranacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.
Geri dön