Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycanda daha bir zavod tikiləcək

Azərbaycanda daha bir zavod tikiləcək


23-02-2016, 14:06. Yazar: Xeberaz
Azərbaycanda daha bir zavod tikiləcək
Bu gün Sumqayıt Kimya Sənaye Parkında ferroərintilərin istehsalı üzrə zavodun tikintisinə dair müqavilə imzalanıb.

Trend-in məlumatına görə, müqavilə Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti və Türkiyənin "Demora" şirkəti arasında imzalanıb.

Müqavilənin imzalanması mərasimi Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyinin təşkil etdiyi "Sənayenin inkişafına dövlət dəstəyi" konfransı çərçivəsində baş tutub.
Geri dön