Ana Sayfa > Karusel / Təhsil / M2 > Vətən,ox...

Vətən,ox...


23-02-2016, 13:46. Yazar: Xeberaz
Vətən,ox...
Cavid Qurbanov

Vətən, yox
Yaşamaqdı-aylar ötür, il keçir,
Günlərimin biri ağdı, biri yox.
Bu dünyanı görə-görə gəlmişəm,
İnsanların biri acdı, biri tox

Məəttələm Yaradanın işinə-
Qeyrətsizlər necə döyür döşünə?!
Yaddan çıxıb kişilik nə,kişi nə,
Haçan olarnamərdindən kişi çox?...

Ayaq açıb, var toplayır gədələr,
Az qalırlar xalqı söküb-didələr.
Yoxa çıxıb alp-ərənlər dədələr,
Hədəfinə gəlib çatmır nizə,ox

Tufan qopdu,çadır qaldı çətənsiz,
Ruha dönüb dolaşırıq bədənsiz
Oba köçdü,ellər qaldı Vətənsiz,
Dilim gəlmir deyim yoxsan,Vətən!Ox!...
2 iyul,1993
Geri dön