Ana Sayfa > Karusel / Təhsil / M2 > Ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlandı
Ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlandı23-02-2016, 13:12. Yazar: Xeberaz |
Buraxılış imtahanları 4 istiqamətdə keçiriləcək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı ildə ümumtəhsil müəssisələrini bitirən şagirdlərin, ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə, ümumi və tam orta təhsil bazalarında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan şəxslərin nəzərinə 2016-cı ildə keçiriləcək imtahanların və tədbirlərin tarixlərini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Komissiya hər bir imtahanda və onunla bağlı olan tədbirdə (sənəd qəbulu, ixtisas seçimi, qeydiyyat və s.) iştirak edəcək abituriyentlərə (namizədlərə) tövsiyə edir ki, təqdim olunan qrafikdə özlərinə uyğun olan tarixləri diqqətdə saxlasınlar və lazımı işləri vaxtında həyata keçirsinlər. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə: · Magistraturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (on-line rejimdə) 20 fevraldan Başlanıb · ərizə qəbulu 10- 19 fevral Başa çatıb · QƏBUL İMTAHANI - 1-ci mərhələ 06 mart · jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qeydiyyatı 11-20 aprel · jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qabiliyyət imtahanı 26-29 aprel · proqram seçimi 03- 10 may · QƏBUL İMTAHANI - 2-ci mərhələ 05 iyun · AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyun · AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların müsahibəsi 13, 14, 16, 17 iyun · ixtisaslaşma seçimi 09-19 iyun · bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 29 iyun – 11 iyul · boş qalan yerlərə ixtisaslaşma seçimi 08- 14 avqust · boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 16-25 avqust Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə: · Rezidenturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (on-line rejimdə) 19 martdan · ərizə qəbulu 01- 10 mart · QƏBUL İMTAHANI 1-ci mərhələ 03 aprel · QƏBUL İMTAHANI 2-ci mərhələ 29 iyul · ixtisaslaşma seçimi 01 -07 avqust · namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 09-15 avqust · boş qalan yerlərə ixtisaslaşma seçimi 19-22 avqust · boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24-25 avqust Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və 11-illik təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün) · qeydiyyatın aparılması 01- 31 mart · 1-ci imtahan 01 may · 2-ci imtahan (1-ci imtahanda “qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün) 12 iyun Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə: - Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 03, 10, 24 aprel, 8 may · ərizə qəbulu (I- IV qruplar) 28 aprel · jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 1-28 aprel · ərizə qəbulu (V qrup) 03- 17 may · xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (I qrup) 15– 30 aprel · xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (V qrup) 06- 19 may · QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)- II və III qruplar üzrə 15 may · QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)- I və IV qruplar üzrə 22 may · QƏBUL İMTAHANI (cari ilin məzunları)- I və IV qruplar üzrə 15 iyul · QƏBUL İMTAHANI (cari ilin məzunları)- II və III qruplar üzrə 23 iyul · jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı 29 iyul · xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) 15 iyul- 05 avqust · xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup) 25 iyul- 05 avqust · ixtisas seçimi (I- V qruplar) 29 iyul- 10 avqust · abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ üzrə) 15-25 avqust · boş qalan yerlərə ixtisas seçimi (I- V qruplar) 15- 19 avqust · boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 22-31 avqust · Hərbi liseylərə qəbul imtahanı 29 iyul Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında: · ərizə qəbulu 03 – 17 may · xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 04 – 18 may · QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları) 05 iyul · xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 15 iyul- 05 avqust · ixtisas seçimi 15- 19 avqust · abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 22-31avqust · boş qalan yerlərə ixtisas seçimi 02- 06 sentyabr · boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 08-13 sentyabr Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında: · ərizə qəbulu 02-30 may · xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 20 may- 02 iyun · QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları) 05 iyul · xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 09- 13 iyul · ixtisas seçimi 08- 18 iyul · abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 20- 28 iyul · boş qalan yerlərə ixtisas seçimi 02- 08 avqust · boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 10-16 avqust Buraxılış imtahanları: · Peşə liseyləri 13 mart · 1-ci istiqamət - region 16 iyun · 2-ci istiqamət - region 21 iyun · 3-cü istiqamət - Bakı 25 iyun · 4-cü istiqamət- region 30 iyun · Ali təhsil müəssisələrinin V qrupu üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları üçün); Eksternat imtahanı 05 iyul Monitorinq imtahanları: 7 və 8-ci siniflər 4, 5 aprel-region, 7, 8 aprel- Bakı 11-ci sinif 13, 14, 15 aprel- Bakı, 18, 19 aprel- region Geri dön |