Ana Sayfa > Karusel / Hadisə / M2 > Neftçalada 76 yaşlı qadını maşın vuraraq öldürüb

Neftçalada 76 yaşlı qadını maşın vuraraq öldürüb


23-02-2016, 11:50. Yazar: Xeberaz
Neftçalada 76 yaşlı qadını maşın vuraraq öldürüb

Neftçala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonunun Astanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Neftçala rayon sakini 38 yaşlı Əli Əkrəm oğlu Əliyev idarə etdiyi VAZ 21014 markalı avtomobillə hərəkətdə olarkən yolu keçən, rayonun Astanlı kənd sakini 76 yaşlı Şərqiyyə Mirzəmməd qızı Tağıyevanı vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan yaralı

Neftçala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, avtoqəzada ağır bədən xəsarətləri alan Şərqiyyə Tağıyevanın həyatını xilas etmək mümkün olmayıb: "Yaralı bugün səhər saatlarında xəstəxanada dünyasını dəyişib".

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.
Geri dön