Ana Sayfa > Karusel / Siyasət / M2 > Sabiq icra başçısının cibindən saxta Azərbaycan pasportu çıxdı

Sabiq icra başçısının cibindən saxta Azərbaycan pasportu çıxdı


23-02-2016, 11:15. Yazar: Xeberaz
Sabiq icra başçısının cibindən saxta Azərbaycan pasportu çıxdı

Dağıstan Respublikasının Kumtorkala rayonunun keçmiş icra başçısı Ruslan Toturbiyev Minskdə 4 dövlətin saxta pasportuyla saxlanılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Belarus paytaxtında post patrul yoxlaması zamanı Toturbiyevin cibindən İvan Stavilonun adına saxta Moldova pasportu aşkarlanıb. Keçmiş başçının üstü yoxlanılarkən üzərindən saxta Azərbaycan pasportu da çıxıb. İlkin araşdırma zamanı məlum olub ki, onun Ukrayna pasportu da varmış.

Onu da qeyd edək ki, Toturbiyev 2013-cü ildən beynəlxalq axtarışdadır.
Geri dön