Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Azərbaycanlı aktrisa: "Sevgi məsələlərində təcrübəsiz, saf və tez aldananam" - FOTO

Azərbaycanlı aktrisa: "Sevgi məsələlərində təcrübəsiz, saf və tez aldananam" - FOTO


22-02-2016, 21:41. Yazar: Xeberaz
Azərbaycanlı aktrisa: "Sevgi məsələlərində təcrübəsiz, saf və tez aldananam" - FOTO


Tanınmış teleaparıcı və aktrisa Aydan Axundova "Həddən artıq uyğunluq" adlı filmdə çəkilir. Aktrisa filmdəki rolu haqda danışıb:

"Filmdəki rolum müsbət bir obrazdır. Obrazım iş həyatında nə qədər uğurlu, sərt və doğru qərar verməyi bacarırsa, sevgi məsələlərində bir o qədər təcrübəsiz, saf, tez aldanan insandır. O həyatın təsadüflərdən yox, doğru qərarlardan asılı olduğunu düşünür. Elə məhz təsadüf nəticəsində okeanın o tayında yaşayan bir insanla tanış olur və həmin insanla eyni həyatı yaşadığını anlayır. Tərəf müqabilim aktyor və teleaparıcı Tural Əsədovdur. Filmdə Elnur Kərimov, Mirsalam, Kamran Ağabalayev, Afaq Bəşirqızı və s. məşhurlar çəkilir".

Qeyd edək ki, filmin rejissoru Ülviyyə Könül, operatoru Nadir Mehdiyevdir. Filmin bir çox səhnələri Nyu Yorkda çəkilir.
Geri dön