Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 > İŞİD yaraqlıları Suriya ordusunun yeganə təchizat yolunu kəsdi - YENİLƏNİB

İŞİD yaraqlıları Suriya ordusunun yeganə təchizat yolunu kəsdi - YENİLƏNİB


22-02-2016, 19:31. Yazar: Xeberaz
İŞİD yaraqlıları Suriya ordusunun yeganə təchizat yolunu kəsdi - YENİLƏNİB
Mütəxəssislər artıq minaları zərərsizləşdirməyə başlayıblar.

Suriya ordusu Hələb bölgəsindəki hökumət qoşunlarının təminatı həyata keçirilən yol üzərində nəzarəti özlərinə qaytarıblar.

"Xəbəraz.az " bildirir ki, bu barədə RİA Novosti öz mənbələrinə istinadən xəbər verir.

«Ordu Əsriyyə-Xanaser yolu üzərində nəzarəti özünə qaytarıb. Amma yol hələ də bağlıdır. Xanaserin şimalında hələ də döyüşlər davam edir, terrorçular oradan yolu atəşə tuta bilirlər»,- deyə agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, İŞİD terrorçuları yolun bir hissəsini minalayıblar. Mütəxəssislər mümkün olan yerlərdə minaların zərərsizləşdirilməsinə başlayıblar.
Geri dön