Ana Sayfa > Karusel / M2 / Foto-fakt > Azərbaycan gənc iş adamını axtarışa verdi – FOTO

Azərbaycan gənc iş adamını axtarışa verdi – FOTO


22-02-2016, 12:07. Yazar: Xeberaz
Azərbaycan gənc iş adamını axtarışa verdi – FOTO
İnterpola müraciət olunub.

Azərbaycanda vergidən yayınan daha bir nəfər beynəlxalq axtarışa verilib.

"Xəbəraz.az "-ın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1977-ci il təvəllüdlü Adil Ələsgərov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir.

A.Ələsgərov Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, A.Ələsgərov Azərbaycanda fəaliyyət göstərən “ADF” şirkətinin prezidentidir. Adı çəkilən şirkət ölkəyə avtomobil ehtiyat hissələri gətirirmiş.
Azərbaycan gənc iş adamını axtarışa verdi – FOTO
Geri dön