Ana Sayfa > Karusel / Hadisə / M2 > Vergidən yayınan şirkət prezidenti İnterpol xətti ilə axtarışa verilib

Vergidən yayınan şirkət prezidenti İnterpol xətti ilə axtarışa verilib


22-02-2016, 12:06. Yazar: Xeberaz
Vergidən yayınan şirkət prezidenti İnterpol xətti ilə axtarışa verilib

Azərbaycanda vergidən yayınan daha bir nəfər beynəlxalq axtarışa verilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1977-ci il təvəllüdlü Adil Ələsgərov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. A. Ələsgərov Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, A.Ələsgərov Azərbaycanda fəaliyyət göstərən “ADF” şirkətinin prezidentidir. Adı çəkilən şirkət ölkəyə avtomobil ehtiyat hissələri gətirirmiş.
Geri dön