Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda uşaq bağçası yandı

Bakıda uşaq bağçası yandı


22-02-2016, 10:10. Yazar: Xeberaz
Bakıda uşaq bağçası yandı
FHN məlumat yaydı.

Bakıda uşaq bağçasında yanğın olub.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Bakı şəhərinin Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 500 kv.m olan 178 saylı uşaq bağçasının (məcburi köçkünlər məskunlaşıb) birinci korpusunun 1-ci mərtəbəsində giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılan əşyalar 3 kv.m sahədə və 6 ədəd elektrik açarı yanıb.

Yanğın zamanı 6 nəfəri yanğınsöndürənlər təxliyyə edib. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğını yanğınsöndürənlər söndürüb.
Geri dön