Ana Sayfa > Karusel / Hadisə / M2 > Türkiyə vətəndaşı Bakıda qadınların külli miqdarda pulunu ələ keçirdi

Türkiyə vətəndaşı Bakıda qadınların külli miqdarda pulunu ələ keçirdi


21-02-2016, 23:24. Yazar: Xeberaz
Türkiyə vətəndaşı Bakıda qadınların külli miqdarda pulunu ələ keçirdi
Türkiyə vətəndaşı Bakıda qadınların külli miqdarda pulunu ələ keçirdi


Bakıda Türkiyə vətəndaşının dələduzluq əməlləri ilə bağlı polisə müraciət daxil olub.

"Xəbəraz.az " -ın məlumatına görə, Xətai rayon Polis İdarəsi, 34-cü Polis Bölməsinə müraciət edən 1967-ci il təvəllüdlü Musayeva Ceyran Məmməd qızı və 1955-ci il təvəllüdlü İsmayılova Venera Salman qızı bildirib ki, Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Şükrü Yeşil Rza oğlu onların külli miqdarda pulunu mənimsəyib.

Qeyd edilib ki, Y.Şükrü C.Musayevanın 5 min dollarını və V.İsmayılovanın 65 min manatını aldadaraq alıb.

Müraciət əsasında araşdırma aparılır.
Geri dön