Ana Sayfa > Karusel / Hadisə / M2 > Maşın aşdı — İki qadın yaralandı

Maşın aşdı — İki qadın yaralandı


21-02-2016, 16:29. Yazar: Xeberaz
Maşın aşdı — İki qadın yaralandı


Bakı-Qazax magistralında avtomobil qəzası baş verib.

"Xəbəraz.az "-ın APA-ya istinadən məlumatına görə, fevralın 21-də saat 12.30 radələrində Bakı-Qazax magistralının 111-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verən avtoqəzada iki qadın yüngül xəsarət alıb.

KİA markalı, 99 VQ 507 dövlət nömrə nişanlı avtombil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Bağırova Səadət Nəriman qızı və 1953-cü il təvəllüdlü Həmidova Nazlıbəyim Adil qızı yüngül bədən xəsarətləri alıb.

Hər iki sərnişinə təcili yardım briqadası hadisə yerində yardım göstərib.

Araşdırma aparılır.
Geri dön