Ana Sayfa > Karusel / Hadisə / M2 > ABŞ-da yoldan keçən insanları güllələdilər: 6 ölü

ABŞ-da yoldan keçən insanları güllələdilər: 6 ölü


21-02-2016, 14:26. Yazar: Xeberaz
ABŞ-da yoldan keçən insanları güllələdilər: 6 ölü
“Kimsə öz avtomobilində gəzərək qarşısına çıxanları güllələyib”.

ABŞ-ın Miçiqan ştatının Kalamzu dairəsində naməlum şəxsin avtomobildən yoldan keçənlərə atəş açması nəticəsində ən azı 6 nəfər ölüb, Oxu.Az CNN-ə istinadən xəbər verir.

Yerli polisin verdiyi məlumata əsasən, daha üç nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

“Kimsə dairədə öz avtomobilində gəzərək qarşısına çıxanları güllələyib”, - hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.

Təxmin edilən şübhəli şəxsi - 50 yaşlarında ağdərili kişi - hələ də azadlıqdadır, telekanal qeyd edir.

Polis cinayətkarın hadisə yerindən qaçdığı Chevrolet HHR avtomobilini axtarır.
Geri dön