Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycan çempionu öz maşınında güllələndi - YENİLƏNİB + FOTO

Azərbaycan çempionu öz maşınında güllələndi - YENİLƏNİB + FOTO


21-02-2016, 14:19. Yazar: Xeberaz
Azərbaycan çempionu öz maşınında güllələndi - YENİLƏNİB + FOTO
Hadisə “Kəpəz” mehmanxanasının qarşısında baş verib.

Azərbaycanda gənc idmançı qətlə yetirilib.
"Xəbəraz.az " Musavat.com-a istinadən xəbər verir ki, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov vəfat edib.

Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev Facebook-da yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb.

Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.

Nəşrin əldə etdiyi məlumata görə, 32 yaşlı idmançı qətlə yetirilib.

Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.
Azərbaycan çempionu öz maşınında güllələndi - YENİLƏNİB + FOTO
Geri dön