Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda yol qırğını: 4 ölü, 12 yaralı

Azərbaycanda yol qırğını: 4 ölü, 12 yaralı


21-02-2016, 11:44. Yazar: Xeberaz
Azərbaycanda yol qırğını: 4 ölü, 12 yaralı

Ölümlə nəticələnən qəzalar rayonlarda baş verib

Son sutka ərzində Azərbaycan yollarında baş vermiş qəzalarda 4 nəfər həyatını itirib. "Xəbəraz.az " məlumatına görə, şənbə günü ərzində respublika yollarında ümumilikdə 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən 4 nəfərdən başqa 12 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölümlə nəticələnən ən ağır qəza Tərtər rayonunda baş verib. Burada "VAZ" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması 2 nəfərin ölümünə, daha 4 nəfərin yaralanmasına səbəb olub. Biləsuvar və Yevlax rayonlarında baş vermiş qəzalar da insan itkisinə səbəb olub.

Hər bir faktla bağlı araşdırma aparılır.
Geri dön