Ana Sayfa > Karusel / M2 / Qarabağdan xəbər var > Cəbhədən xəbər var

Cəbhədən xəbər var


21-02-2016, 10:27. Yazar: Xeberaz
Cəbhədən xəbər var
Müdafiə Nazirliyi məlumat yaydı.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli, Quşçu Ayrım kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Mərzili, Yusifcanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib.
Geri dön