Ana Sayfa > Karusel / Hadisə / M2 > Gəncədə kişini otelin qarşısında güllələdilər

Gəncədə kişini otelin qarşısında güllələdilər


21-02-2016, 09:53. Yazar: Xeberaz
Gəncədə kişini otelin qarşısında güllələdilər

Polis cinayətkarı axtarır.

Fevralın 20-də axşam saatlarında Gəncənin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında odlu silahdan qətl törədilib.

"Xəbəraz.az "-ın APA-ya istinadən məlumatına görə, 1984-cü il təvəllüdlü Elmir Cəlilov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
Geri dön