Ana Sayfa > Karusel / Hadisə / M2 > Bir gündə iki intihara cəhdin qarşısı alındı

Bir gündə iki intihara cəhdin qarşısı alındı


20-02-2016, 15:01. Yazar: Vusale
Bir gündə iki intihara cəhdin qarşısı alındı

Bir gündə iki nəfər intihar məqsədilə özünü Kür çayına atmağa cəhd edib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 19-da saat 14 radələrində Yevlax şəhər sakini Nüsrət Əliyev özünü Kür çayına atmağa cəhd göstərib. Yevlax rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb.

Həmin gün Mingəçevir şəhərində şəhər sakini Elvina Mustafayeva intihar məqsədilə özünü Kür çayına atıb. O, vətəndaşlar tərəfindən xilas edilib
Geri dön