Ana Sayfa > Karusel / Siyasət / M2 > Rusiyanın hərbi gəmiləri Bakıya gələcək

Rusiyanın hərbi gəmiləri Bakıya gələcək


20-02-2016, 14:58. Yazar: Vusale
Rusiyanın hərbi gəmiləri Bakıya gələcək
“İlin ikinci yarısında “Adeks-2016” beynəlxalq hərbi-dəniz sərgisində iştirak etmək üçün Rusiyanın Xəzər donanmasının hərbi gəmiləri İranın Bəndər-Ənzəli, Qazaxıstanın Aktau və Azərbaycanın Bakı limanlarında olacaq”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Xəzər donanmasının kontr admiralı İqor Osipov bildirib. O deyib ki, donanmanın bu il prioritet məqsədi birgə beynəlxalq Qazaxıstan-Rusiya hərbi dəniz təlimlərində və “Qafqaz 2016” strateji qərargah təlimlərində iştirak etmək olacaq.
Geri dön