Ana Sayfa > Karusel / Hadisə / M2 > Elçin Behbudovun qardaşı saxlanıldı

Elçin Behbudovun qardaşı saxlanıldı


19-02-2016, 16:29. Yazar: Xeberaz
Elçin Behbudovun qardaşı saxlanıldı
Hüquq-mühafizə orqanları onun izinə düşüb.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun qardaşı saxlanılıb.

"Xəbəraz.az " modern.az-a istinadən xəbər verir ki, Elnur Behbudov qatarda bələdçi işləyib.

O, özünü polis əməkdaşı kimi təqdim edərək müəyyən məbləğ müqabilində insanları işə düzəldəcəyinə dair təminat verirmiş.

Hadisə bir neçə dəfə təkrar olunduğundan hüquq-mühafizə orqanları onun izinə düşüb.

Yaxınlarının verdiyi məlumata görə E.Behbudov Yasamal Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda istintaq tədbirləri həyata keçirilir.
Geri dön