Ana Sayfa > Karusel / Siyasət / M2 > "Onlar xəsətəxanaları şüurlu şəkildə vururlar" - "Guardian" Əsədin cinayətləri haqda

"Onlar xəsətəxanaları şüurlu şəkildə vururlar" - "Guardian" Əsədin cinayətləri haqda


19-02-2016, 15:10. Yazar: Xeberaz
"Onlar xəsətəxanaları şüurlu şəkildə vururlar" - "Guardian" Əsədin cinayətləri haqda

“Guardian” qəzeti yazır ki, “Sərhədsiz həkimlər” beynəlxalq xeyriyyə təşkilatı müxaliflərin əlində olan ərazilərdə yerləşən xəstəxanaların koordinatlarını Əsəd və Rusiya ordusuna verməkdən imtina edirlər.

Avropa.info xəbər verir ki, suriyalı həkimlərin sözlərinə görə, tibb müəssisələrinə hava zərbələri bilərəkdən endirilir. Bu səbəbdən koordinatların verilməsi xəstəxanaları qorumaq əvəzinə məhvinə səbəb olur.

“Suriya səhiyyəsi bomba və raketlərin hədəfindədir. Səhiyyə məhv edilib. Mən açıq deyəcəm: xəstəxanalara və mülki şəxslərə endirilən zərbələr dayandırılmalıdır” – “Sərhədsiz həkimlər” təşkilatının prezidenti Coanna Lyu məlumat verib.

“Sərhədsiz həkimlər” təşkilatı 2015-ci ildə səhiyyə obyektlərinə 94 hava zərbəsinin endirilməsini və atəşə tutulmasını qeydə alıb. 12 halda xəstəxanalar tam məhv edilib. Bəzi hallarda eyni obyektə zərbələr xilasetmə dəstələri gələndən 20-60 dəqiqə sonra endirilib.

Suriyalı həkimlərin və humanitar təşkilatların nümayəndələri deyir ki, Əsəd ordusu müxaliflərə tibbi yardım göstərilməsini cinayət sayır və bu səbəbdən hərbi hədəf kimi görür.

Qəzet yazır ki, bu həftə İdlibdə “Sərhədsiz həkimlər” təşkilatı tərəfindən dəstəklənən xəstəxanaya endirilən zərbə nəticəsində 11 nəfər ölüb. Bu vilayət tamamilə müxaliflərin əlindədir və tez-tez Suriya və Rusiya hava hücumlarına məruz qalır.

Hələbdən olan həkim Mustafa Acayın sözlərinə görə, son zamanlar müxaliflərin arxa cəbhə təminatını məhv etmək üçün edilən bombardmanların sayı artıb. Bu regionda demək olar bütün xəstəxanalar fəaliyyət göstərməyi dayandırıb.

“Onlar mülki obyektləri və xüsusilə xəstəxanaları şüurlu şəkildə hədəfə alırlar. Əvvəlcə biz düşündük ki, necə gəldi bombalayırlar, ancaq sonra gördük ki, xəstəxanaları təkrar-təkrar vururlar”.
Geri dön