Ana Sayfa > Karusel / Siyasət / M2 > Amerikalılar Rusiyaya elə də pis baxmır

Amerikalılar Rusiyaya elə də pis baxmır


19-02-2016, 14:55. Yazar: Xeberaz
Amerikalılar Rusiyaya elə də pis baxmır

merikalıların Rusiyaya baxışı ötən ilkinə nisbətən bir az yaxşılaşıb. 2015-ci ildə 24% bu ölkəyə müsbət baxırdısa, bu il bu rəqəm 30% olub. Bunu «Gallup» sorğu mərkəzi üzə çıxarıb.
«Soyuq müharibə», Aşkarlıq dövründən sonra, 2002-ci ildə amerikalıların 66%-i Rusiyaya müsbət yanaşmağa başlamışdı. Amma Vladimir Putin 2012-ci ildə prezidentliyə qayıdanda rəqəm düşməyə başladı, Ukrayna böhranı ucbatından ötən il 24%-ə endi.

«Gallup»un fevralın 3-7-də apardığı sorğu göstərir ki, rəğbət yüksəlir. Ola bilsin, bir səbəb Rusiyanın 2013-2014-cü illərdə olduğu kimi, xəbər başlıqlarında çox yer almamasıdır.

Gənclər, 18-34 yaşlılar Rusiyaya daha yaxşı münasibətdədir, rəğbət bəsləyənlər 43%-dir. Bunun bir səbəbi bu nəslin «Soyuq müharibə» dövrünü yaşamaması, Rusiyanın ABŞ-ın düşməni hesab edildiyi dövrü görməməsi ilə bağlıdır.

Siyasi dairələrdə isə Rusiyanın reytinqi 29-32% arasında dəyişir.
Geri dön