Ana Sayfa > Karusel / Dünya / M2 > Papa: "Trump-ın yanaşması xristianlığa yaddır”

Papa: "Trump-ın yanaşması xristianlığa yaddır”


19-02-2016, 14:49. Yazar: Xeberaz
Papa: "Trump-ın yanaşması xristianlığa yaddır”
“Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trump-ın mühacirlərə baxışı xristianlığa yaddır”.Bunu Roma Papası Francis Meksikadan Romaya dönərkən, Trumpın prezident olacağı halda ABŞ-la Meksika arasında sədd çəkmək istəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Papa fevralın 18-də deyib ki, körpü yox, yalnız sədd çəkmək haqqında düşünən insana xristian demək olmaz.

Trump isə papanın dediklərinə cavab olaraq deyib ki, dini liderin insanın inamını şübhə altında qoyması rüsvayçılıqdır.

O deyib ki, əgər “İslam Dövləri” qrupu Vatikana hücum etsəydi, onda "Papa Trump-ın prezident olmasını istərdi".
Geri dön