Ana Sayfa > Karusel / M2 / Texnologiya > “Microsoft” Pentaqonda 4 milyon cihaza “Windows 10” yükləyəcək

“Microsoft” Pentaqonda 4 milyon cihaza “Windows 10” yükləyəcək


19-02-2016, 14:27. Yazar: Xeberaz
 “Microsoft” Pentaqonda 4 milyon cihaza “Windows 10” yükləyəcək

“Microsoft” korporasiyası ABŞ-ın Müdafiə Nazirliyində 4 milyon ədəd cihazda “Windows 10” əməliyyat sistemini quraşdırmaq niyyətindədir.

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, bu barədə korporasiyanın bölməsi olan “Windows and Devices Group” şirkətinin vitse-prezidenti Yusuf Mehdi bildirib.

Onun sözlərinə görə, bu cihazlar Pentaqonun binasında yerləşir: “Bu ilin sonuna qədər adıçəkilən əməliyyat sisteminin Pentaqon əməkdaşlarının bütün noutbuk, kompüter və mobil telefonlarına quraşdırılması planlaşdırılır. Bu addım işlərin çətinliyi baxımından görünməmiş bir işdir”.

Bu ilin ilk ayına olan vəziyyətə görə, “Windows 10” əməliyyat sistemi bütün dünya üzrə 200 milyondan artıq cihaza quraşdırılıb. Proqramın quraşdırılma işlərinə ötən ilin iyunun 29-da start verilib.

Ötən ilin noyabr ayında “Windows 10” əməliyyat sisteminin bazardakı payı 7,94 faiz təşkil edib.
Geri dön