Ana Sayfa > Karusel / Gündəm / M2 > Şəfa Mehmanqızına yeni vəzifə verildi

Şəfa Mehmanqızına yeni vəzifə verildi


19-02-2016, 13:02. Yazar: Xeberaz
Şəfa Mehmanqızına yeni vəzifə verildi
Prezident İlham Əliyevin 2015-ci ilin dekabrın 21-dəki fərmanı ilə yeni yaradılan, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyinatı olub.

Agentliyin baş direktoru Vüsal Kərimlinin müvafiq əmri ilə bu vazifəyə Şəfa Mehman qızı Cəbiyeva (Şəfa Mehmanqızı) təyin edilib.

Faktı Şəfa Mehmanqızının özü də təsdiq edib: "Bəli, bu xəbər doğrudur. Yeni vəzifəmin icrasına dünən, fevralın 18-dən başlamışam. Çalışacağam ki, yeni vəzifəmdə də mənə göstərilən etimadı doğruldum".
Geri dön