Ana Sayfa > Karusel / Siyasət / M2 > Rusiya Ermənistana silah krediti ayırır

Rusiya Ermənistana silah krediti ayırır


19-02-2016, 12:59. Yazar: Xeberaz

Rusiya Ermənistana silah krediti ayırır

Moskva Ermənistana Rusiya silahları almaq üçün 200 milyon dollar həcmində kredit ayırıb. Məlumatı Rusiya hökumətinin internet portal yayıb.

10 illik ixrac kreditinə Smerch raket sistemləri, Igla-S havadan müdafiə sistemləri, radar sistemləri, snayper avtomatları, zirehli maşınların alınması daxildir.

Razılaşmanın şərtlərinə əsasən, Ermənistan alışın 10 faizini ödəyəcək, qalan hissə isə kreditlə ödənəcək.

Ermənistanı silahla təchiz edən əsas ölkə Rusiyadır. Ermənistanın Gümrü bazasında Rusiyanın 3 min əsgəri var.
Geri dön