Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya İrana S-300-ləri verməkdən imtina edir

Rusiya İrana S-300-ləri verməkdən imtina edir


19-02-2016, 00:02. Yazar: Xeberaz
Rusiya İrana S-300-ləri verməkdən imtina edir
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, komplekslərin verilməməsinə əsas səbəb ödənişlə bağlı yaranan problemlərdir. O, həmçinin İrana S-300-lərin verilməsi ilə bağlı konkret zamanın müəyyənləşdirilməsinin hələ tez olduğunu bildirib.

Qeyd edək ki, 2008-ci ildə İrana qarşı tətbiq edilən sanksiyalar ucbatından Moskva Tehrana S-300 raketlərini verməkdən boyun qaçırıb. Bundan sonra İran beynəlxalq məhkəməyə müraciət edib. Keçən ilin aprelində Rusiya Prezidenti Vladimir Putin S-300-lərin İrana verilməsi ilə bağlı qoyulan qadağanı ləğv edib. Bunun ardınca İran tərəfi S-300-lərin ölkəyə 2015-ci ilin sonunda gətiriləcəyini desə də, bu, yerinə yetirilməyib.
Geri dön