Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > İpoteka krediti olanlara xəbərdarlıq - Video

İpoteka krediti olanlara xəbərdarlıq - Video


18-02-2016, 22:58. Yazar: Xeberaz

İpoteka krediti olanlara xəbərdarlıq - Video
Azərbaycan İpoteka Fondu İpoteka krediti borcu olan müştərilərə xəbərdarlıq edib.

ANS xəbər verir ki, əgər müştərinin həyat sığortasının vaxtı bitibsə və bu sığorta növü aktiv deyilsə, kredit alan vətəndaşın aylıq ödənişinin edilməsinə məhdudiyyət qoyulacaq. Qərar bu il martın 1-dən qüvvəyə minəcək.

İpoteka kreditlərini ödəyən müştərilər sığortalarını ödəməyibsə, sığorta ödənişləri APUS sistemində çıxacaq və kreditin ödənişi mümkünsüz olacaq. İqtisadçıların fikrincə, atılan bu addım müştərilərə təsir etməklə yanaşı, həm də sığorta sahəsinə dəstək üçün nəzərdə tutulub.

İqtisadçı Nicat Hacızadə deyir ki, dövlət ipotekası ilə ödəniş edənlərin müəyyən qisminin azalması müşahidə olunur. Bunu da nəzərə alıb müştəriləri psixoloji cəhətdən hazırlamaq istəyirlər ki, həyat sığortanız olmasa, sizin ödənişiniz qəbul olunmayacaq və məhdudiyyətlər qoyulacaq.

Azərbaycan İpoteka Fondunun şərtlərinə görə, ipoteka ilə alınmış daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır.

Geri dön