Ana Sayfa > Karusel / Gündəm / M2 > Auditdən yayınanlar cərimə ödəyəcəklər

Auditdən yayınanlar cərimə ödəyəcəklər


18-02-2016, 21:16. Yazar: Xeberaz
Auditdən yayınanlar cərimə ödəyəcəklər

Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində (İXM) məcburi audit yoxlamasından keçməyənlərə cərimələr nəzərdə tutulub.

Vəzifəli şəxslər - 300-600 manat, hüquqi şəxslər – 1500-2500 manat cərimə ödəməli olacaqlar. Dəqiq məbləği yerli məhkəmələr müəyyənləşdirəcək.

Prezidentin fevralın 15-də imzaladığı fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, məcburi auditdən yayınmaya dair protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı hazırlanıb təqdim edilsin. Bu işə 3 ay vaxt ayrılıb.
Geri dön