Ana Sayfa > Karusel / Siyasət / M2 > Nazirlər Tiflisdə birgə bəyannamə imzalayacaqlar

Nazirlər Tiflisdə birgə bəyannamə imzalayacaqlar


18-02-2016, 20:24. Yazar: Vusale
Nazirlər Tiflisdə birgə bəyannamə imzalayacaqlar

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Tiflis bəyannaməsini imzalayacaqlar.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bəyannamə xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekununda imzalanacaq.

Qeyd edək ki, sabah Tiflisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Gürcüstan xarici işlər naziri Mixael Canelidze arasında görüş keçiriləcək.
Geri dön