Ana Sayfa > Karusel / Dünya / Foto-fakt > ​Terrorçu PKK Kərkük-Yumurtalıq neft kəmərini partladıb

​Terrorçu PKK Kərkük-Yumurtalıq neft kəmərini partladıb


18-02-2016, 17:56. Yazar: Xeberaz
​Terrorçu PKK Kərkük-Yumurtalıq neft kəmərini partladıb
Nazirlikdən bildirilib ki, bu, İraqın şimalında yaşayan xalqın ruzisinə qarşı yönəlmiş hücumdur
Terrorçu PKK qruplaşmasının Kərkük-Yumurtalıq neft kəməri xəttində partlayış törətməsi nəticəsində Türkiyəyə neft nəqli dayandırılıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda İraqın şimalındakı kürd muxtariyyətinin nazirliyi məlumat yayıb.
"Türkiyə sərhədi daxilində Şanlıurfa əyalətindəki sabotaj səbəbindən İraqın şimalından Ceyhan limanına neft nəqli dayandırılıb", - deyə nazirlik vurğulayıb.
Qurumdan bildirilib ki, bu, İraqın şimalında yaşayan xalqın dolanışığına qarşı yönəlmiş hücumdur: "Bu sayaq basqınlar xalqa böyük zərər verməkdədir".
İraqın şimalındakı hökumət Türkiyədən belə hücumların qarşısını almağı və təhlükəsizlik tədbirlərini gücləndirməyi istəyib: "Bu basqınları qınayır, Türkiyədən təhlükəsizliyi gücləndirməsini istəyirik".
Geri dön