Ana Sayfa > Karusel / Təhsil / M2 > Təhsil idarəsi Suraxanı rayonundakı məktəbdə baş verən kütləvi dava ilə bağlı açıqlama verib
Təhsil idarəsi Suraxanı rayonundakı məktəbdə baş verən kütləvi dava ilə bağlı açıqlama verib18-02-2016, 14:42. Yazar: Vusale |
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonunda yerləşən məktəbdəki kütləvi dava ilə bağlı açıqlama verib. İdarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 280 saylı məktəbin 3 şagirdi dalaşıb. Cavabda qeyd olunub ki, faktla bağlı hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi və hüquq mühafizə orqanları araşdırma aparır: "Baş verən hadisənin səbəbləri barədə araşdırma bitdikdən sonra məlumat veriləcək". Qeyd edək ki, dava nəticəsində 11-ci sinif şagirdi Azər Əliyev xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib. Geri dön |