Ana Sayfa > Karusel / Gündəm / M2 > Rusiyanın Bakıdakı səfirliyində azərbaycanlı yazıçıların təltifolunma mərasimi keçirilib

Rusiyanın Bakıdakı səfirliyində azərbaycanlı yazıçıların təltifolunma mərasimi keçirilib


18-02-2016, 14:33. Yazar: Vusale
Rusiyanın Bakıdakı səfirliyində azərbaycanlı yazıçıların təltifolunma mərasimi keçirilib

Bakı. 18 fevral. REPORT.AZ/ Rusiyanın Bakıdakı səfirliyində Azərbaycanda rus dilinin inkişafına verdikləri töhfələrə görə azərbaycanlı yazıçılara Ədəbiyyat mükafatının verilməsi mərasimi keçirilib.
"Xəbəraz.az" xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tanınmış azərbaycanlı yazıçıların çoxunun rus dilində yazmasının Azərbaycan ədəbiyyatının fərqləndirici cəhətidir.
Bu il ədəbiyyat mükafatı "Ədəbi Azərbaycan"ın baş redaktorunun müavini Elizabet Qasımova və tanınmış azərbaycanlı publisist Emil Ağayevə təqdim olunub. Emil Ağayev yanvar ayında vəfat etdiyindən mükafat onun həyat yoldaşına verilib.
Öz növbəsində, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev bildirib ki, yazıçılarımızn digər dilləri bilməsi çox yaxşı xüsusiyyətdir. Onun sözlərinə görə, əsl ədəbiyyat beynəlmiləl olmalıdır. Ç.Abdullayev bu cür mükafatların verilməsinin ənənə halını alacağına ümidvar olduğunu da qeyd edib.
Geri dön