Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyə kürdlərin mövqelərini bombalayır

Türkiyə kürdlərin mövqelərini bombalayır


18-02-2016, 14:26. Yazar: Vusale
Türkiyə kürdlərin mövqelərini bombalayır
Ankarada 28 nəfərin həyatına son qoymuş bomba hücumundan sonra Türkiyə hərbi təyyarələri İraqın şimalındakı kürd mövqelərini bombalayıb.

Ordunun məlumatına görə, təyyarələr fevralın 17-də gecə Haftanin ərazisində PKK-nın 60-70 yaraqlısını hədəfə alıb.

Baş nazir Ahmet Davutoglu Ankara hücumu ilə əlaqədar 9 nəfərin saxlandığını bildirib. O, hücumu Suriyanın YPG kürd yaraqlılarının Türkiyədəki PKK-çılarla birlikdə həyata keçirdiyini vurğulayıb.

Prezident Recep Tayyip Erdogan xəbərdarlıq edib ki, Türkiyə “istənilən yerdə və istənilən halda özünümüdafiədən çəkinməyəcək”.
Geri dön