Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda mağazadan 2 100 cüt ayaqqabı oğurlandı
Bakıda mağazadan 2 100 cüt ayaqqabı oğurlandı18-02-2016, 14:17. Yazar: Xeberaz |
Bakıda məşhur mağazadan 120 min manatlıq oğurluq edilib. “Report”un xəbərinə görə, “Diamoni” MMC-nin direktoru, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Yaşar Qürbət oğlu Hüseynov polisə müraciət edib. Direktor müraciətində bildirib ki, 2013-cü ildən 2015-ci ilin mart ayınadək MMC-də işləyən Bəxtiyar adlı şəxs açıq pəncərədən keçməklə şirkətdən 120 min manat dəyərində 2 100 cüt ayaqqabı oğurlayıb. Şikayətlə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsində araşdırma aparılır. Geri dön |