Ana Sayfa > Karusel / Hadisə / M2 > DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı


18-02-2016, 13:40. Yazar: Xeberaz
DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi Xaçmaz rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. fevralın 17-də saat 21 radələrində Xaçmaz rayonunun Müzəffər-oba kəndində rayon sakinləri Ruslan Nüsrətovun idarə etdiyi “KİA”, Şıxbala Zeynalovun idarə etdiyi “VAZ-2106” və Rövşən Şükürovun idarə etdiyi “VAZ-21093” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Zeynalov və sərnişinlərindən Elvin Cavadov hadisə yerində ölüb, digər 1 sərnişini, habelə R.Nüsrətov və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

BDYPİ tərəfindən araşdırma aparılır.
Geri dön