Ana Sayfa > Karusel / Hadisə / M2 > Akkumulyator oğurlamaqda ittiham olunan şəxslərə hökm oxunub

Akkumulyator oğurlamaqda ittiham olunan şəxslərə hökm oxunub


18-02-2016, 13:16. Yazar: Xeberaz
Akkumulyator oğurlamaqda ittiham olunan şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ayaz Səmədov, Ruslan Əhmədov və Ceyhun Muxtarlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Adı çəkilən şəxslər oğurluqda təqsirləndirilir.
hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov və Ceyhun Muxtarlının hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mobil rabitə operatorlarından birinin Xırdalan şəhərində, Qobu kəndində, Novxanı, Masazır və Güzdək qəsəbələrinin ərazisində yerləşən radio-baza stansiyalarından ümumilikdə 50 ədəd akkumulyator oğurlamış Bakı şəhər sakini Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov və Ceyhun Muxtarlı tutulublar.
Geri dön