Ana Sayfa > Karusel / İdman / Fotogalereya > Azərbaycan millisi ötən ayla müqayisədə 24 pillə irəliləyib.

Azərbaycan millisi ötən ayla müqayisədə 24 pillə irəliləyib.


11-04-2015, 18:43. Yazar: Xeberaz
Azərbaycan millisi ötən ayla müqayisədə 24 pillə irəliləyib.

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan millisi ötən ayla müqayisədə 24 pillə irəliləyib. Hesabında 264 xal olan millimiz 115-ci pilləyə yüksəlib.

Buna ötən ay millimizin Maltaya "Avro-2016"nın seçmə mərhələsində 2:0 hesabı ilə qalib gəlməsi səbəb olub.
“Avro-2016”nın seçmə mərhələsində millimizin rəqibləri olan İtaliya 13-cü (-3), Xorvatiya 17-ci (+2), Norveç 70-ci (mövqeyində dəyişiklik yoxdur), Bolqarıstan 67-ci (+4), Malta isə 149-cu (-4) yeri tutur.

Siyahının ilk pilləsinə yenə Almaniya millisi başçılıq edir. Argentina ikinci, Belçika isə üçüncü pillədə qərarlaşıb.
Geri dön