Ana Sayfa > Karusel / Hadisə / M2 > Əxlaq müəllimindən əxlaqsız hərəkət

Əxlaq müəllimindən əxlaqsız hərəkət


17-02-2016, 18:36. Yazar: Xeberaz
Əxlaq müəllimindən əxlaqsız hərəkət

Türkiyədə Din Mədəniyyəti və Əxlaq fənnindən dərs deyən müəllim şagirdlərinə əxlaqsız təklif etdiyi üçün həbs olunub.

Xəbəraz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ordu şəhərində olub. Lisey müəllimi olan 42 yaşlı Y.S 4 qız şagirdini telefonla "cinsi istismar" etməkdə ittiham olunub.

Şagirdlərdən birinin valideyni evli və bir uşaq atası olan Y.S. haqqında polisə şikayət edib. Polis hadisə ilə bağlı istintaqa başlayıb. İstintaq nəticəsində Y.S "cinsi istismar" ittihamı ilə həbs olunub.

Hakim qarşısına çıxarılan müəllim azyaşlı qız uşaqlarını "cinsi istismar" etməkdə günahkar bilinib.

Geri dön