Ana Sayfa > Karusel / Gündəm / M2 > “Çudo Peçka” Röyanın keçmiş qayınatasına qaytarıldı

“Çudo Peçka” Röyanın keçmiş qayınatasına qaytarıldı


17-02-2016, 12:44. Yazar: Xeberaz
“Çudo Peçka” Röyanın keçmiş qayınatasına qaytarıldı
"Çudo Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin əvvəlki sahiblərinə qaytarılıb.

Bu barədə əməkdar artist Röya Ayxanın eks-həyat yoldaşı Anar Cəlilov sosial şəbəkədə məlumat yayıb.

Anar Cəlilov mağazalar şəbəkəsinin yenidən atası Çingiz Cəlilova verildiyini bildirib:

"Son beş ildə "Bakery Operating Company" MMC-nin idarəçiliyinə verilmiş "Çudo-Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarına əsasən 15.02.2016-cı ildə şirkətin qanuni təsisçilərinə qaytarılıb.

Artıq "Bakery Operating Company" MMC-nin və direktoru Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırılmağa başlanılıb. Nəticələr barədə məlumat veriləcək”.

Qeyd edək ki, Röya Ayxan Anar Cəlilovla 2008-ci ildə ailə həyatı qursa da, cütlük 2014-cü ilin avqustunda boşanıb.

Geri dön