Ana Sayfa > Karusel / Siyasət / Dünya / M2 > Ukraynada baş nazir Yatsenyuku hakimiyyətdən göndərməyə hazırlaşırlar

Ukraynada baş nazir Yatsenyuku hakimiyyətdən göndərməyə hazırlaşırlar


16-02-2016, 14:55. Yazar: Vusale

“Pyotr Poroşenkonun bloku” fraksiyasından Ali Radaya seçilən deputat Sergey Leşenko bəyan edib ki, baş nazir Arseni Yatsenyukun istefası üçün artıq 79 imza toplanıb.

Avropa.info xəbər verir ki, hələ ki, imzalar yalnız onun partiyasının üzvləri arasından yığılıb. Baş nazirin istefaya göndərilməsi üçün isə 150 deputatın imzası lazımdır.

Bununla yanaşı “Samopomoçi” partiyasından seçilmiş deputat İrina Suslova “Facebook” səhifəsində 106 deputatın imzası verilmiş sənədin formasını paylaşıb.

Qeyd edək ki, bu gün Arseni Yatsenyuk Ali Radada nazirlər kabinetinin illik hesabatını təqdim edib.
 Ukraynada baş nazir Yatsenyuku hakimiyyətdən göndərməyə hazırlaşırlar

 Ukraynada baş nazir Yatsenyuku hakimiyyətdən göndərməyə hazırlaşırlar
Geri dön