Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Xərçəng xəstəsi olan qadın intihar etdi

Xərçəng xəstəsi olan qadın intihar etdi


11-04-2015, 17:27. Yazar: Xeberaz
Xərçəng xəstəsi olan qadın intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Naxçıvanski küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb. Orada yaşayan 45 yaşlı Gülnarə Qəzənfər qızı İbadullayeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Polisdən bildirilib ki, G. İbadullayeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ağrılara dözə bilməyən qadın gecə saatlarında intihar edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Geri dön