Ana Sayfa > Karusel / Siyasət > Nyu-York vəkillər kollegiyasının üzvü federasiya prezidenti seçildi

Nyu-York vəkillər kollegiyasının üzvü federasiya prezidenti seçildi


16-02-2016, 14:51. Yazar: Vusale
Nyu-York vəkillər kollegiyasının üzvü federasiya prezidenti seçildi

Azərbaycan Alpinizm Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Seçkilərin nəticələrinə əsasən federasiyanın yeni prezidenti Məmməd Aslan oğlu Abbasbəyli seçilib.

Məmməd Abbasbəyli bu günə qədər ölkəmizdə bir sıra yüksək zirvələrlə yanaşı Avropanın ən yüksək zirvəsi olan Elbrusda (5642 m) Azərbaycan bayrağını qürurla dalğalandırıb.
İş adamı kimi tanınan Məmməd Abbasbəyli ABŞ-ın Purdue və George Washington Universitetlərinin məzunudur. Eyni zamanda Nyu-York vəkillər kollegiyasının üzvüdür. Evlidir, 3 övladı vardır.
Geri dön