Ana Sayfa > Karusel / Hadisə / M2 > Qızı vannada telefon öldürdü - ŞOK HADİSƏ

Qızı vannada telefon öldürdü - ŞOK HADİSƏ


16-02-2016, 13:48. Yazar: Xeberaz
Qızı vannada telefon öldürdü - ŞOK HADİSƏ

Rusiyanın paytaxtı Moskvada 14 yaşlı qız telefonun qurbanı olub.

Hadisə şəhərin Ozernaya küçəsindəki binadakı mənzildə yaşanıb.

Valideynləri qızlarının meyidini hamam otağında tapıblar. Qızın üzərinə zorakılıq əlamətləri yoxdu. Fəqət, vannada onun smartfonu üzürdü.

"İlkin məluatlara görə, qızın ölüm səbəbi onun mobil telefonunun vannaya düşməsi nəticəsində aldığı elektrotravmadır. Faktla bağlı istintaq başlanıb", - Moskva İnstintaq Komitəsindən bildirilib.

Bir neçə gün əvvəl Moskvada 24 yaşlı qız da elektrotravmadan ölmüşdü. Onun mobil telefonu vannaya düşmüşdü. Valideynlərinin dediklərinə görə, qızları vannaya smartfonu ilə gedirdi. Lakin telefonun elektrikdoldurma qurğusunun məftilinin izolyasiysı dəlinmişdi. Biçarə qız da məftilin suya düşdüyünü görməyib.

Geri dön