Ana Sayfa > Karusel / Siyasət / M2 > Rusiya İranı 100 Sukhoi Superjet təyyarələri ilə təciz edə bilər

Rusiya İranı 100 Sukhoi Superjet təyyarələri ilə təciz edə bilər


16-02-2016, 11:31. Yazar: Vusale
Rusiya İranı 100 Sukhoi Superjet təyyarələri ilə təciz edə bilər

Rusiya İranı yüz "Sukhoi Superjet 100" yaxın məsafəli sərnişin təyyarələri ilə təciz edə bilər. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) vitse-prezidenti Vladislav Masalov bəyan edib.

Onun sözlərinə görə, əlaqələrin geniş miqyasda inkişafı üçün xüsusi işçi qrupu yaradılıb. Bu qrup təyyarələrin göndərilməsini, həmçinin komplekt hissələrinin buraxılışını təmin etmək məqsədi ilə yaradılıb.

SJ-100 yeni nəsil təyyarələri "Suxoy mülki təyyarələri" Qapalı Aksioner Cəmiyyətinin İtaliyanın "Alenia Aermacchi" şirkəti ilə birgə məhsüludur. Təyyarələr istismara 2011-ci ildən buraxılıb.
Geri dön