Ana Sayfa > Karusel / Hadisə / M2 > Həyatdan bezdiyini deyən 24 yaşlı qız özünü Xəzərə atmaq istədi

Həyatdan bezdiyini deyən 24 yaşlı qız özünü Xəzərə atmaq istədi


16-02-2016, 11:19. Yazar: Xeberaz
Həyatdan bezdiyini deyən 24 yaşlı qız özünü Xəzərə atmaq istədi
Bulvarda intihara cəhd.

Fevralın 16-na keçən gecə saat 03 radələrində Bakı bulvarında intihara cəhd olub.

Xəbəraz.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, paytaxt sakini, 1992-ci təvəllüdlü Əliyeva Samirə Vaqif qızı Dənizkənarı Milli Parkda özünü dənizə ataraq intihar etməyə cəhd edib.

Bulvar Mühafizəsi və Post Patrul Xidməti əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və 24 yaşlı qız 9-cu Polis Bölməsinə aparılıb.

S.Əliyeva deyib ki, həyatdan bezdiyi üçün özünü dənizə atmaq istəyib.

Araşdırma aparılır.
Geri dön