Ana Sayfa > Karusel / Hadisə / M2 > Beyləqanda ata 6 yaşlı oğlunun boğazını kəsdi

Beyləqanda ata 6 yaşlı oğlunun boğazını kəsdi


16-02-2016, 10:29. Yazar: Xeberaz
Beyləqanda ata 6 yaşlı oğlunun boğazını kəsdi
Cinayət işi başlanıb.

Beyləqanda dəhşətli qətl törədilib.

Xəbəraz.az xəbər verir ki, rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb.

Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z.İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.

Faktla bağlı Beyləqan rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Geri dön