Ana Sayfa > Karusel / Hadisə > Hərbi helikopter qəzaya uğradı: 3 nəfər öldü

Hərbi helikopter qəzaya uğradı: 3 nəfər öldü


15-02-2016, 15:01. Yazar: Xeberaz
Hərbi helikopter qəzaya uğradı: 3 nəfər öldü

Cənubi Koreyanın cənub-şərqində yerləşən Kanvondo əyalətində Cənubi Koreya Hərbi Hava Qüvvələrinin helikopteri qəzaya uğrayıb

Moderator.az "newsru.co.il"-ə istinadən xəbər verir ki, qəza nəticəsində heyətin üç üzvü həlak olub, birinin vəziyyəti isə ağırdır.

Məlumat verilir ki, "UH-1H" helikopteri test uçuşu həyata keçirərkən yaşayış rayonuna yaxın sahəyə düşüb.

Helikopterin 50 yaşlı pilotu həstəxanada kritik vəziyyətdədir.

Qəzanın səbəbləri haqqında məlumat verilmir.

pia.az
Geri dön